Bakıda qardaş qardaşını niyə öldürdü?
0
0
Noyabrın 30-da Bakı şəhərinin Nizami rayonunda qardaşını öldürdükdən sonra qaçan şəxs tutulub. Rayon Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, həmin gün saat 19 radələrundə “8-ci kilometr” bazarında qardaşını bıçaqlayaraq qətlə yetirən və ərazidən uzaqlaşan 1977-ci il təvəllüdlü Əzimov Əliheydər Elxan oğlu tutularaq istintaqa təhvil verilib.
Ə.Əzimov ilkin ifadəsində bildirib ki, qardaşı, 1985-ci il təvəllüdlü Əzimov Adil Elxan oğlu ilə birlikdə bazarda kartof-soğan alveri ilə məşğul olub. Qardaşlar birgə, şərikli işləyirmişlər. Noyabrın 30-da axşam saatlarında gün ərzində etdikləri alveri haqq-hesab edən qardaşlar arasında pul üstündə münaqişə yaranıb. Nəticədə isə Ə.Əzimov 27 yaşlı qardaşını bıçaqlayaraq öldürüb.
Hazırda faktla əlaqədar başlanmış cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
Nizam RZA