Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar Unudulmur!
2 dekabr Milli Qəhrəmanlar Ənvər Arazov və Yusif Əliyevin doğum günüdür.
Ənvər Talış oğlu Arazov 1953-cü il dekabrın 2-də Gəncə şəhərində anadan olub. O, cəbhənin Goranboy, Ağdərə, Ağdam və digər istiqamətlərində polis (milis) zabiti kimi şücaətlə döyüşüb, onun başçılıq etdiyi dəstə bir sıra uğurlu əməliyyat həyata keçirib, 1992-ci il noyabrın 1-dən 2-nə keçən gecə Dağlıq Qarabağın Sırxavənd kəndi uğrunda gedən döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il noyabrın 6-da Milli Qəhrəman adına layiq görülüb.
Gəncə şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.
Yusif Əliyusif oğlu Əliyev 1963-cü il dekabrın 2-də Bakının Qobustan qəsəbəsində anadan olub. O, 1990-cı ilin avqustundan polis (milis) nəfəri kimi cəbhəyə yola düşüb, Goranboy rayonunun kəndlərinin müdafiəsində fəal iştirak edib, 1991-ci il sentyabrın 14-də Buzluq kəndi uğrunda döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il iyunun 6-da Milli Qəhrəman adına layiq görülüb.
Ağsu rayonu Rəhimli kəndində dəfn edilib. Qobustan qəsəbəsindəki 195 saylı orta məktəb onun adını daşıyır, məktəbdə büstü qoyulub.