“Girovluqda fiziki təzyiqlərə məruz qalmışam”
30 noyabr 2012 17:51 (UTC +04:00)

“Girovluqda fiziki təzyiqlərə məruz qalmışam”

Bu gün erməni girovluğundan azad olunan Qazax rayonu Alpout kənd sakini Telman Alıyev ailəsinə təhvil verilib. T. Alıyevin anası Məhbubə Həsənova APA-ya açıqlamasında bildirib ki, hazırda bütün kənd camaatı oğlunun azad olunmasını qeyd etmək üçün onlara toplaşıb: “Onun azad olunmasında xidməti olan hər kəsə, dövlət orqanlarına, Beynəlxaql Qızıl Xaç Komitəsinə və Qazax camaatına təşəkkür edirəm”.

T. Əliyev anası vasitəsilə APA-ya bildirib ki, hazırda bədənində ağrılar var. Girovluqda olduğu müddətdə ona verilən yeməkləri yeyə bilmədiyini çatdıran T. Alıyev ermənilər tərəfindən fiziki təzyiqlərə məruz qaldığını bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2711

Oxşar yazılar