Dövlət Komissiyasından girov məsələsi ilə bağlı Ermənistana etiraz
30 noyabr 2012 15:05 (UTC +04:00)

Dövlət Komissiyasından girov məsələsi ilə bağlı Ermənistana etiraz

Azərbaycan Respublikasının Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının beynəlxalq təşkilatlarla apardığı səmərəli danışıqlar nəticəsində bu il noyabrın 12-də Qazax rayonu ərazisində Ermənistan hərbçiləri tərəfindən girov götürülmüş Azərbaycan vətəndaşı 1972-ci il təvəllüdlü Alıyev Telman Cavanşir oğlu bu gün Qazax rayonu, Bala Cəfərli kəndi istiqamətində, qoşunların təmas xəttində girovluqdan azad olunub.

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla iş üzrə Dövlət Komissiyasından Lent.z-a verilən məlumata görə, Telman Alıyev azad olunduqdan sonra aidiyyəti dövlət qurumlarının iştirakı ilə yaxın qohumlarına təhvil verilib.

Telman Alıyevin sağlamlıq durumu normaldır. Prosesdə Dövlət Komissiyası İşçi qrupunun, Müdafiə Nazirliyinin və neytral vasitəçi qismində Beynəlxalq Qızıl Xaç Komitəsinin əməkdaşları iştirak etmişlər. Tədbir insidentsiz başa çatsa da, erməni tərəfi əvvəlcədən razılaşdırılmış prosedurdan kənara çıxaraq bir gün öncə tədbir barədə açıqlama verib və proses günü jurnalistlərin iştirakına şərait yaradıb, görüş yerinə silahlı hərbçilərlə gəliblər. Bununla əlaqədar Azərbaycan Respublikasının Dövlət Komissiyası yerindəçə iradını bildirib və bu irad Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə Ermənistanın Dövlət Komissiyasının prosesdə iştirak edən əməkdaşlarının diqqətinə çatdırılıb. BQXK də öz növbəsində Ermənistan Respublikasının Dövlət Komissiyasını bu addımdan çəkindirməyə səy göstərib, lakin buna müvəffəq ola bilməyib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2075

Oxşar yazılar