Sabiq universitet müəllimi intihar etdi
Bakıda intihar hadisəsi baş verib. Bu barədə APA-ya Yasamal Rayon Polis İdarəsindən bildirilib.
Hadisə bu gün axşam saatlarında paytaxtın Yeni Yasamal yaşayış massivində qeydə alınıb. Həmin ünvanda yaşayan, 1930-cu il təvəllüdlü Şəmsəddin Quliyev özünü yaşadığı binanın 9-cu mərtəbəsindən ataraq intihar edib. Onun özünə qəsd etməsinin səbəbləri hələlik məlum deyil.
Faktla bağlı Yasamal Rayon Prokurorluğu tərəfindən cinayət işi başlanıb, istintaq gedir.
Qeyd edək ki, Ş. Quliyev Azərbaycan Dövlət Neft Akademiyasının sabiq müəllimidir. Mərhum bir neçə il əvvəl təqaüdə çıxıbmış.

2282