Bakıda boğazı kəsilmiş məktəbli meyiti tapılıb - ŞOK
Bu gün Bakı şəhərinin Xətai rayonu ərazisində boğaz nahiyəsində kəsilmiş-sıyrılmış xəsarətlər olan uşaq meyiti tapılıb. Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, Nobel prospekti 2 ünvanında yerləşən tikilinin bünövrəsində 14-15 yaşlı oğlanın meyiti tapılıb. Araşdırmalar nəticəsində məlum olub ki, ölən oğlan elə Nobel prospektində yaşayan 1998-ci il təvəllüdlü Usov Gennadi Andreyeviçdir. Meyitin boğaz nahiyəsində kəsilmiş-sıyrılmış xəsarətlər aşkarlanıb.
Məlumata görə, G.Usov orta məktəbin 8-ci sinif şagirdi olub. Onun öldürülməsi və ya intihar etməsi kimi ehtimallar araşdırılır. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Nizam RZA
Məlumata görə, G.Usov orta məktəbin 8-ci sinif şagirdi olub. Onun öldürülməsi və ya intihar etməsi kimi ehtimallar araşdırılır. Hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Nizam RZA
10500