ANAMA xarici ölkələrdə öz təcrübəsini bölüşəcək
BMT-nin Azərbaycana yeni təyin olunan Rezident Əlaqələndiricisi və BMT İnkişaf Proqramının Nümayəndəsi Antonius Broekla Azərbaycanda Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) direktoru Nazim İsmayılov arasında ikitərəfli görüş keçirilib. Qurumun mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, agentliyin direktoru ANAMA-nın fəaliyyəti, bu günədək həyata keçirilən layihələr, milli mina təmizləmə strategiyasının əsas meyarları, donor və partnyor təşkilatlarla əməkdaşlıq, eləcə də uzun və qısamüddətli strategiyalar barədə geniş məlumat verib.
Görüş zamanı cənab Antonius Broek Agentliyin uğurlarının beynəlxalq səviyyədə əks olunduğunu və bəyənildiyini bildirərək, gələcəkdə ANAMA-nın başqa ölkələr üçün yardım edəcəyi və öz bilik və təcrübəsini bölüşməsi üçün BMT tərəfindən bütün lazımi şəraitin yaradılacağı bildirilib. BMT-nin Rezident Əlaqələndiricisi BMT İnkişaf Proqramının (BMT İP) Avropa və Mərkəzi Asiya üzrə ən uğurlu Layihələrini əks etdirən jurnalında ANAMA-ya da öz layiqli yerinin verilməsini və qeyd olunan jurnalın şəxsən prezident İlham Əliyevlə rəsmi görüş zamanı təqdim edilməsini xüsusi qeyd edib.

913