Daxili İşlər Nazirliyi Rəqsanənin keçmiş prodüseri ilə bağlı məlumat yaydı
Daxili İşlər Nazirliyi noyabrın 26-da Bakı şəhərinin Nəsimi rayonu ərazisində baş vermiş soyğunçuluq hadisəsi ilə bağlı məlumat yayıb. Lent.az-ın nazirliyin saytına istinadən verdiyi məlumata görə, noyabrın 26-da saat 22.00 radələrində Nəsimi rayonu ərazisində, Bakı şəhər sakinləri Raziyə Nəsibova və onun qızı Lalə həmyerliləri Təranə Səmədovanı bıçaqla hədələyərək ondan 130 manat pul və qızıl üzüyünü alıb, hadisə yerindən qaçıb. İlkin əməliyyat-axtarış tədbirləri Nəsimi RPİ tərəfindən aparılır.
Qeyd edək ki, hadisədə adı hallanan Təranə Səmədova tanınmış müğənni Rəqsanə İsmayılovanın keçmiş prodüserdir. Müğənni ilə prodüser arasında münasibətlər gərgindir.
Qeyd edək ki, hadisədə adı hallanan Təranə Səmədova tanınmış müğənni Rəqsanə İsmayılovanın keçmiş prodüserdir. Müğənni ilə prodüser arasında münasibətlər gərgindir.
4262