Sabiq nazirlik əməkdaşının qanını tökmüş şəxs tutuldu
27 noyabr 2012 11:23 (UTC +04:00)

Sabiq nazirlik əməkdaşının qanını tökmüş şəxs tutuldu

Noyabrın 18-də Bakı şəhərinin Səbail rayonu ərazisində quldurluq əməli törətmiş şəxs tutulub. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, naməlum şəxs Zərgər Palan küçəsində yaşayan Aliyə Məmmədzadənin mənzilinə açıq qapıdan daxil olmaqla oğurluğa cəhd edərkən ev sahibi ilə üzləşib, ona kəsici və küt alətlə xəsarət yetirərək qaçıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində quldurluqda şübhəli bilinən Bakı şəhər sakini Rüfət Allahverdiyev noyabrın 26-da tutulub.


Qeyd edək ki, Zərgər Palan küçəsi ev 5, mənzil 40 ünvanında hücuma məruz qalmış 76 yaşlı Aliyə Məmmədzadə uzun illər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində çalışıb. O, nazirliyin tabeliyində fəaliyyət göstərən Dövlət Məşğulluq Xidmətində baş mühasibə vəzifəsini icra edib, bir müddət əvvəl isə təqaüdə çıxıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1045

Oxşar yazılar