Bakıda xəstəxana xadiməsinin pulunu və qızıllarını oğurladılar
Noyabrın 24-də Bakı şəhərinin Səbail rayonu ərazisində, Parlament prospektində yerləşən Mərkəzi Klinik Xəstəxanada oğurluq hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, orada xadimə işləyən Bakı şəhər sakini Aytən Əzizovanın 211 manatı və qızıl-zinət əşyaları dolabdan oğurlanıb. Səbail RPİ 9-cu PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Bakı şəhər sakini əvvəllər məhkum olunmuş Emin Salamov noyabrın 26-da tutulub.
Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Nizam RZA
Faktla əlaqədar araşdırmalar davam etdirilir.
Nizam RZA
1203