Moskvada azərbaycanlılar arasındakı davanın - TƏFƏRRÜATLARI
Rusiya paytaxtında azərbaycanlılar arasında baş verən silahlı insidentin detalları məlum olub.
APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, noyabrın 25-də axşam saatlarında “Mojayskiy val” küçəsində yerləşən bazarın içindəki kafedə bir qrup azərbaycanlı arasında mübahisə düşüb. Nəticədə mübahisə edənlərdən biri odlu silaha əl atıb. Adı hələlik açıqlanmayan 43 yaşlı azərbaycanlı qətlə yetirilib. Onun təcili tibbi yardım maşınında dünyasını dəyişdiyi bildirilib.
APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, qətlə yetirilən şəxs 43 yaşlı Ordubad rayon sakinidir. Belə ki, altı nəfər azərbaycanlı kafedə oturub yeyib içiblər. Daha sonra onlar arasında mübahisə düşüb. Mübahisə edənlərdən biri digər tanışını hadisə yerinə çağırıb. Hadisə yerinə gələn digər azərbaycanlı odlu silaha əl atıb və 43 yaşlı həmyerlisini qətlə yetirib. Qətli törətmiş şəxs hadisə yerindən qaçıb.
Qeyd edək ki, “Mojayski val”dakı bazarda əsasən Azərbaycanın Hacıqabul, Ağdaş və Ağcabədi rayonundan olan şəxslər çalışır.
Faktla bağlı Rusiya hüquq-mühafizə orqanları tərəfindən “qəsdən adam öldürmə” maddəsi ilə cinayət işi açılıb, araşdırma aparılır.
Onu da qeyd edək ki, keçən həftənin şənbə günü Moskvada azərbaycanlılar və şimali qafqazlılar arasında silahlı insident baş verib. Otradnoe rayonunun Dekabristov küçəsində baş verən hadisə zamanı bir nəfər azərbaycanlı Şirin Hümbətov qətlə yetirilib, onun bacısı oğlu olan Polad adlı şəxs və digər azərbaycanlı Şahin Nağıyev isə yaralanıb.

4334