Bakıda heyrətamiz sevgi dramı – EKSKLÜZİV – TƏFƏRRÜAT
Noyabrın 25-də Bakıda qəribə xuliqanlıq hadisəsi baş verib. Lent.az-ın məlumatına görə, paytaxt sakinləri 1969-cu il təvəllüdlü Dudkin Aleksandr Viktoryeviç və onun qohumu 1956-cı il təvəllüdlü Əliyev Rəhim Əhməd oğlu Türkiyə vətəndaşı 1981-ci il təvəllüdlü Hakan Ersöz tərəfindən bıçaqlanıb. 31 yaşlı türkiyəli hər iki şəxsi bıçaqlamağa çalışıb. Paytaxt sakinləri müdafiə olunarkən əl və qol nahiyələrindən müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.
Lent.az-ın əldə etdiyi məlumata görə, hadisəni törədə Hakan Ersöz Bakıda tanınmış şirkətlərdən birində çalışır. O, bir müddət əvvəl paytaxtdakı nüfuzlu ticarət mərkəzlərindən birində, orada şöbə müdiri işləyən Bakı sakini 1970-ci il təvəllüdlü Brijatyuk Oksana Gennadiyevnanı görüb. Türkiyə vətəndaşı 42 yaşlı qadına aşiq olub və tez-tez həmin yerə baş çəkməyə başlayıb. Ailəli, 2 uşaq anası olan A.Brijatyuk isə 31 yaşlı Hakan Ersözün hərəkətlərinə fikir vermirmiş. Lakin türkiyəli fikrindən daşınmayıb, qadına onunla evlənmək, onun həyat yoldaşından boşanmasını istədiyini deyib. Qadın məsələni böyütməməyə çalışıb. Nəhayət, 31 yaşlı Hakan Ersöz qadının telefon nömrəsini tapıb və onu narahat etməyə başlayıb. Cana yığılan qadın isə bu barədə həyat yoldaşına – məşhur telefon şirkətlərindən birinin Bakı ofisində işləyən 1969-cu il təvəllüdlü Dudkin Aleksandr Viktoryeviçə deyib.
Noyabrın 25-də H.Ersöz A.Brijatyuka zəng vuranda telefonu qadının həyat yoldaşı götürüb. 43 yaşlı kişi Hakanla görüşmək istədiyini deyib və tərəflər Nizami küçəsində (Torqovıy) görüşməklə bağlı razılığa gəlib.
A.Dudkin təyin olunan yerə gələrkən qohumu 1956-cı il təvəllüdlü Əliyev Rəhim Əhməd oğluna da xəbər verib və görüşə tək getməyib. Görüş Nizami 14 ünvanının qarşısında A.Dudkinin maşınında baş tutub. Burada H.Ersöz A.Dudkinə hisslərini etiraf edib, onun həyat yoldaşını sevdiyini bildirib. A.Dudkin və qohumu isə onu başa salmağa çalışıblar. Lakin sərxoş vəziyyətdə olan Türkiyə vətəndaşı yola gəlməyib və özü ilə gətirdiyi bıçaqla A.Dudkini bıçaqlamaq istəyib. Elə bu zaman müdafiə olunan A.Dudkin və onun qohumu R.Əliyev yüngül bədən xəsarətləri alıblar.
Polisə ifadə verən hər iki şəxs 31 yaşlı Hakan Ersözdən şikayətçi olduqlarını bildiriblər. H.Ersöz isə sərxoş vəziyyətdə olduğuna görə, hələlik ifadə verə bilməyib.
Qeyd edək ki, Hakan Ersözün aşiq olduğu Oksana tanınmış rəssam Gennadi Brijatyukun qızıdır.
Faktla əlaqədar polis araşdırmalarını davam etdirilir.
Nizam RZA

8413