Bakıda “qonşu cinayətkarlar” peyda olub
Son günlər Bakıda ev soyğunçuluğu, aldatma yolu ilə evə soxulma hallarının sayı artıb. Lent.az-ın məlumatına görə, qeyri-adi üsulla oğurluq hadisələrindən biri noyabrın 24-də Bakının mərkəzi küçələrindən olan Həsən Seyidbəyli 38 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan Rusiya Federasiyası vətəndaşı, 1965-ci il təvəllüdlü Leontiyeva Yelena Borisovna polisə müraciət edərək bildirib ki, tanımadığı şəxs evinə soxularaq oğurluq edib. Qadın bildirib ki, noyabrın 24-də səhər saatlarında qapının zəngi çalınıb və o, qapının yanına gələrək narahat edən şəxsin kimliyini soruşub. Həmin adam isə aşağı mərtəbədə yaşayan qonşu olduğunu deyib və Y.Leontiyevananın evindən onun mənzilinə su sızdığını deyib. Qadın qapını açıb və həmin 30-35 yaşlı kişi dəhlizə daxil olub. 47 yaşlı qadın önə düşərək hamam otağına gedib. Lakin “qonşu”su gəlməyib, qapının yanında gözlədiyini deyib. Qadın qayıtdıqda isə həmin şəxsin dəhlizdəki əl çantasını və mobil telefonu da götürərək qaçdığını görüb. Çantada müxtəlif sənədlər və xeyli pul olub.
Qeyd edək ki, oxşar hadisələr paytaxtın digər rayonlarında da qeydə alınıb.
Nizam RZA
Qeyd edək ki, oxşar hadisələr paytaxtın digər rayonlarında da qeydə alınıb.
Nizam RZA
4094