Bakıda universitet dekanının evini yardılar - EKSKLÜZİV
Noyabrın 21-də Bakıda vəzifəli şəxsin evindən külli miqdarda pul və qızıl oğurlanıb. Hüquq-mühafizə orqanlarından Lent.az-a verilən məlumata görə, Üzeyir Hacıbəyov küçəsi 37/43, mənzil 111-dən külli miqdarda pul və qızıl aparılıb. Məlumata görə, ev sahibi, 1937-ci il təvəllüdlü Murquzov Mirzəli İsmayıl oğlu polisə müraciət edərək bildirib ki, noyabrın 21-də evdə olmadığı vaxt mənzilin yataq otağındakı dolabdan 15 min manat pul, 1000 ABŞ dolları, xeyli avro və qızıl-zinət əşyaları oğurlanıb.
Araşdırmalar nəticəsində məlum olub ki, oğurluq açar seçmə yolu ilə həyata keçirilib. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır.
Qeyd edək ki, M.Murquzov Azərbaycan Pedaqoji Universitetinin Fizika fakültəsinin dekanıdır.
Nizam RZA

Oxşar yazılar

Mağazadan 14, evdən 10 minlik OĞURLUQ
9 iyul 2025 , 16:26
Yekaterinburqda saxlanılan azərbaycanlılara YENİ İTTİHAM
9 iyul 2025 , 15:27
Qanunsuz işləyən "Ford" aşdı, 24 nəfər yaralandı - YENİLƏNİB
9 iyul 2025 , 15:20
Rüşvət alan yüksək rütbəli polislərə HÖKM OXUNDU
9 iyul 2025 , 15:13
Şəki-Oğuz yolunda QƏZA: yaralılar var
9 iyul 2025 , 15:00
Abşeronda kişini şəkilləri ilə şantaj etdilər
9 iyul 2025 , 14:44
Sumqayıtda gənc oğlan 63 yaşlı qadını döyüb pullarını aldı
9 iyul 2025 , 14:32