21 ilin sirri: qisasını gözləyən qətliamın dəhşət dolu tarixçəsi - ARAŞDIRMA
«Ağdamda onlara nəsə yedizdiriblər, ona görə də hamısı bir vertolyotla Stepanakertə uçmağa razı olublar. Yoxsa o boyda kişilər bir yerə toplaşıb ölümün ağzına gedərdilərmi?»
Bu, 1991-ci il noyabrın 20-də, Qarabağın Qarakənd kəndi ərazisində, içərisində Azərbaycanın yüksək rütbəli dövlət adamlarının olduğu vertolyotun vurulması ilə bağlı yayılan şayiələrdən biri idi.
Həmin günlər Bakıda o qədər şayiələr dolaşırdı ki, onları yada saldıqca hələ də yaddaşım sızıldayır. Aradan 21 il ötməsinə baxmayaraq, hələ də Qarakənd terrorunun üstünün açılmaması o şayiələrə qol-qanad verir...
20 Yanvar qırğını ilə bağlı SSRİ Ali Sovetində Qorbaçova «Sənin əlin qana batıb» deyən dövlət katibi Tofiq İsmayılovu, «niyə öz balalarımız qırılmalıdır axı, rusların əliylə erməni dığalarını qıracağam» söyləyən İsmət Qayıbovu, zəngilanlı balası və xalqının ən güvəndiyi peşəkarlardan olan keçmiş daxili işlər naziri, həmin vaxtda dövlət müşaviri Məhəmməd Əsədovu bir vertolyota kim yığmışdı? Dövlətin ən önəmli simaları heç bir qoruma olmadan, az qala sərnişin nəqliyyatına çevrilən bir vertolyota niyə minməliydilər?
Hələ də səslənən bu suallara saysız-hesabsız cavablar verilir. Ancaq biz konkret tarixləri ardıcıl olaraq izləməliyik – terror tarixçəsini anlamaq üçün.
7 noyabr 1991
Dağlıq Qarabağ problemi ilə bağlı Rusiya, Qazaxıstan, Azərbaycan, Türkmənistan, Ermənistan nümayəndələrinin Bakıda görüşü keçirilir. Uzun müzakirələrdən sonra bu respublikaların nümayəndələrinin də iştirakı ilə Dağlıq Qarabağa səfər etmək və hadisələri yerindəcə öyrənmək barədə razılığa gəlinir.
18 noyabr 1991
Mixail Qorbaçovun şəxsi köməkçisi Bakıya, Prezident Aparatına zəng edir və Təhlükəsizlik Şurasının iclaslarından birini Dağlıq Qarabağda keçirmək barədə xahişini çatdırır.
Moskvadan Bakıya nümayəndələr də göndərilir: Qazaxıstan DİN-in müavini, general Sanlal Serikov, general-mayor Mixail Lukaşov və polkovnik-leytenant Oleq Koçerev. Əfqanıstan müharibəsinin veteranları olan bu yüksək rütbəlilərin Azərbaycan KP MK-nın ikinci katibi olmuş, 1991-ci ildən isə müşavir kimi saxlanılan məşhur Viktor Polyaniçko ilə şəxsi əlaqələri vardı və ona görə də heyətə Polyaniçkonun rəhbərlik edəcəyi qərara alınmışdı.
19 noyabr 1991
Bir müddət əvvəl Azərbaycan DTK-nın kadrlar idarəsinin rəisi olmuş, həmin tarixdə isə artıq Dağlıq Qarabağ üzrə təhlükəsizlik şöbəsində yüksək vəzifə tutan Georgi İvanoviç Septa Kremlin istəyi ilə Bakıya zəng edərək, dövlət katibi Tofiq İsmayılovun və Baş prokuror İsmət Qayıbovun adının siyahıya salınmasını təkidlə xahiş edir.
Stop! Kremlin bu istəyi Bakıya DQ təhlükəsizlik şöbəsindən çatdırıldı. Azərbaycan tərəfi isə ermənipərəst olması barədə səhih məlumatlar olan polkovnik Septanın bu təkidli xahişinə razılıq verdi…
Saat 19:05. Tofiq İsmayılovun sədrliyi ilə iclasda Dağlıq Qarabağda TŞ-nin iclasını keçirəcək adamların siyahısı müəyyənləşdirilir. Millət vəkilləri Vaqif Cəfərov və Vəli Məmmədovun adları siyahıdan çıxarılır, onların yerinə güc nazirlikləri rəhbərlərinin, həmçinin dövlət müşaviri Məhəmməd Əsədovun adı salınır.
Heyətə Polyaniçkonun rəhbərlik edəcəyi qüvvəsində qalır.
Saat 23:00. Prezident Ayaz Mütəllibov yeni siyahını təsdiqləyir. Siyahıdan V.Polyaniçko və güc nazirlərinin adı çıxarılmış (İsmət Qayıbov və müşavir Məhəmməd Əsədovdan başqa), millət vəkilləri V.Cəfərov və V.Məmmədovun adı yenidən əlavə olunmuşdu...
Təhlükəsizlik məsələləri
Azərbaycan Təhlükəsizlik Şurası üzvlərinin böyük əksəriyyətinin yer aldığı qrupun Dağlıq Qarabağda təhlükəsizliyinin təmin edilməsinə DTK-nın yerli şöbəsinin polkovniki Georgi Septa, hərbi komendantın müavini, polkovnik Vladimir İqnatyeviç Kuşnarik və Xocavənd rayon milis şöbəsinin rəisi, polkovnik Oleq Osenyan cavabdeh idi.
Ağdamdan yola düşəcək vertolyotu digər hərbi vertolyot müşayiət edəcəkdi.
İki gün əvvələ qayıdaq.
17 noyabr 1991.
«ASALA» terror təşkilatının aparıcı simaları Malik Paşayan və S.Almazyan Ağdamın Gülablı kəndində Kuşnariklə mərasim düzənləyir, yeyib-içirlər…
19 noyabr 1991.
17 noyabr tarixində Alma-Atadan Dağlıq Qarabağa gələn Əfqanıstanda döyüşmüş üç pilot – mayor Vyaçeslav Vladimiroviç Kotov, kapitan Gennadi Vladimiroviç Domov və leytenant Dmitri Borisoviç Yarovenko Ağdam aeroportunun şəxsi heyətinin tərkibinə salındılar.
Stop! Kapitan Gennadi Vladimiroviç Domov adlı şəxs doğrudan da Əfqanıstanda döyüşmüşdü, ancaq veterana çevrilə bilməmişdi: 1984-cü il martın 26-da Əfqanıstanda həlak olmuşdu, onun idarə etdiyi Mİ-8 vertolyotunu Mömin Camalxanın dəstəsi vurmuşdu.
7 ildən sonra «dirilən» Domovun əsl kimliyini araşdırmadan heyətə almaq göstərişini kim vermişdi?
20 noyabr 1991.
Ağdam uçuş zolağında nüfuzlu nümayəndə heyətini aparacaq iki vertolyot vardı: Mİ-8 N69 və Mİ-8 N72
Mİ-8 N69 əsas, N72 qoruyucu vertolyotlar kimi nəzərdə tutulmuşdu.
Əsas vertolyotun ekipajı 2 nəfərdən ibarət idi: Kapitan Lantev Yeqoroviç Mamontov və kapitan Pyotr İqnatyeviç Babuşkin.
Bu iki şəxs də 1981-ci ildə Əfqanıstan müharibəsində iştirak etmiş peşəkarlar idi.
Saat 12:57, Ağdam aeroportu. Hər iki vertolyotun yanacaqla təmin olunduğu haqqında raport verilir, hər iki vertolyotun uçuşa hazır olduğu bildirilir.
Amma nədənsə Mİ-8 N69 – əsas vertolyot – son anda uçuşdan kənarlaşdırılır. Səbəbi barədə heç bir açıqlama yoxdur.
Saat 13:48. Mİ-8 N72 birincini əvəz edir və bir gün öncə Ağdam aeroportunun heyətinə qəbul edilən üçlüyün - mayor V.V.Kotov, kapitan G.V.Domov və leytenant D.B.Yarovenko – idarə etdiyi vertolyot havaya qalxır.
Stop! Mİ-8 N72 vertolyotu təhlükəsizliyi təmin etməliydi və silahla təchiz olunmuşdu. Ancaq uçuş zamanı bəlli olur ki, mühafizə üçün nəzərdə tutulan pulemyotlar, həmçinin «PTURS» raketləri vertolyotdan açılıb götürülüb.
Saat 14:05. Azərbaycanın nüfuzlu dövlət xadimlərini aparan Mİ-8 N72 vertolyotu ilə əlaqə kəsilir.
Saat 14:42. Qarakənd ərazisində Mİ-8 N72 Amerika istehsalı olan «Barret M81-A1» raketi ilə vuruldu.
15:30-da erməni, 16:15-də Tehran, 17:00-da Moskva radiosunun xəbər verdiyi bu terrorla bağlı məlumat Azərbaycanın Prezident Aparatına 19:55-də çatır.
Mİ-8-in göstəriciləri
Mİ-8 N72 vertolyotunun yük tutumu 4 tondur. Uçuş sürəti saatda 250 km, maksimal uçuşu 465 km-dir. 40-45 nəfər sərnişin götürə bilir.
«Barret M81-A1»
50 kalibrlidir, tərkibində birləşmiş uran (nüvə) izotopu «U-238» var. Snayperli bu raketlə 2 kilometrlikdə olan zirehli qurğuları, təyyarə və vertolyotları vurmaq mümkündür.
Həmin dövrdə bu raketlərin «ASALA» terror təşkilatı ilə əməkdaşlıq edən «Əl-Qaidə»də olması barədə tutarlı sübutlar var.
«Qara qutu» hələ də tapılmır
Hadisə barədə «Uçuşun düzgün idarə olunmaması və insan tələfatı» - başqa sözlə desək, təsadüfü qəza – maddəsi ilə cinayət işi açılır, Xankəndidə yerləşən rus hərbi qarnizonunun müstəntiqi İ.Lazutkin istintaqa başlayır.
Bütün vasitələrlə faciənin terror hadisəsi olmadığını isbatlamağa çalışan erməni Emilya Baqdasaryanın oğlu Lazutkin təhqiqatı isti izlərlə açılmağa qoymur.
1. Noyabrın 19-da «üçlüyün» heyətə qəbul edilməsi əleyhinə çıxan şəxs rayon hərbi komendantının müavini Vladimir Kuşnarik olub. İstintaq onu dindirməyib və niyə onları şəxsi heyətə qəbul edilməsinin əleyhinə olduğunu aydınlaşdırmayıb.
2. Kuşnarik noyabrın 18-də Bakı ilə razılaşdırılmış siyahı tərtib etmişdi. Həmin siyahıya görə, «Aşanak» kolxozunun və heyvandarlıq birliyinin sədri Emil Balayan, «Krunk» təşkilatının nümayəndəsi Oleq Yesayan, «Yerkrapa» cəmiyyətinin diaspor əlaqələndiricisi Leonard Petrosyan, zabit Tatamis Baqramyan AXC-nin Ağdam, Xocavənd, Cəbrayıl, Xocalı, Əsgəran rayon təşkilatlarının sədrləri ilə birgə görüş keçirməli, silahlı toqquşmanın aradan qaldırılması məsələləri müzakirə olunmalı və bu görüşdən hazırlanan material televiziya vasitəsilə göstərilməliydi. Buna görə də erməni nümayəndələri, Kuşnarik də daxil olmaqla, həmin gün Azərbaycan nümayəndə heyətilə Xankəndinə getməliydi.
Ancaq son anda – saat 13:40-da aeroporta gələn zəng erməniləri vertolyota minməkdən çəkindirir, Kuşnarik də getməkdən imtina edir. İstintaq bunun da səbəbini aydınlaşdırmayıb.
3. «Qara qutu»nu ələ keçirən müstəntiq bir müddətdən sonra onun yandığını və lentin aşkarlanmadığını bəyan edib. Halbuki «qara qutu» 3800 dərəcə istiyə davam gətirir. Yeri gəlmişkən, «qara qutu» hələ də aşkara çıxarılmayıb…
4. Necə olub ki, göydə vurulan təyyarədə hamı ölsə də, rus generallar hadisə yerindən yoxa çıxıblar? Və s.
Vertolyot göydə vurulmayıb
1994-cü ildə Dağlıq Qarabağ üzərində içərisində 34 nəfər İran diplomatının (ailə üzvləri ilə birlikdə) olduğu «Herkules» vertolyotunun vurulması bir sıra məsələlərə aydınlıq gətirdi. «Herkules» də «Barret M-81 A-1» raketi ilə vurulmuşdu. Təyyarə göydə yanmış, qalıqları 500-600 metr kənara səpələnmişdi.
Mİ-8 N72-də isə tam başqa əlamətlər vardı: Necə olurdu ki, Təhlükəsizlik Şurası üzvlərinin və ekipajın silahları, sənədlər olan diplomatlar yoxa çıxmışdı, plastmas su qabları «yanıb kül olmuş» meyitlərin yanında düzülmüşdü, ölənlərin ayaqqabıları (bir cüt ayaqqabının İsmət Qayıbova məxsus olması barədə ehtimallar var) səliqəli halda kənarda cütlənmişdi və dəhşətli yanğından salamat qurtarmışdı? Radarlardan saat 14:05-də itən vertolyotda raketlə vurulduğu dəqiqəyə - 14:42-yə qədər nələr baş verib?
Mİ-8 N72-nin salonunda və kabinədə olan güllə yerlərinin daxili atışma nəticəsində yarandığı da ehtimallar sırasındadır. Bu versiyaya görə, ssenari əvvəlcədən hazırlanıb: ekipaj üzvləri – ilk növbədə Əfqanıstanda ölüb, 7 il sonra Ağdamda dirilən «Domov» - atəş açıb və nəticə vertolyotun Qarakəndə endirilməsi ilə tamamlanıb. Malik Paşayan və Safur Almazyanın rəhbərliyi ilə «ASALA» terror qrupunun üzvləri vertolyot yerə enəndən sonra dövlət xadimlərinin də cəmləşdiyi heyəti tərkisilah ediblər. Bu əməliyyat 37 dəqiqəyə başa çatıb və 14:42-də yerdə ikən vertolyotu «Veretta M81 A-1» raketi ilə vurublar.
Başına pul qoyulan KİŞİLƏR
Polkovnik Septanın sonradan Stavropolda, erməni məhəlləsində böyük imarətdə yaşaması və erməni iş adamları ilə geniş biznes əlaqələri qurması, həmçinin Bakının adı gələndə qəzəblə «mən belə şəhər tanımıram» deməsi onun bu terrorda oynadığı roldan xəbər verir.
Görünür, Septanın Tofiq İsmayılov və İsmət Qayıbovun Dağlıq Qarabağa gəlməsini təkidlə xahiş etməsində məqsəd vardı. Erməni terror təşkilatları Tofiq İsmayılov, İsmət Qayıbov və Məhəmməd Əsədovun başına böyük məbləğdə pul qoymuşdular…
Ermənilərin təşvişi
Həmin dövrün erməni mətbuatı bu hadisədən Azərbaycan xalqının hiddətlənəcəyindən və qisas alacağından ehtiyatlanan Dağlıq Qarabağ ermənilərinin artıq Xankəndi şəhərini və kəndləri tərk etməsindən yazırdı.
Ancaq Azərbaycan hakimiyyəti qisas barədə düşünmək əvəzinə, bir daha Moskvadan yardım istəməklə kifayətləndi.
Hələ də sirlərlə dolu olan Qarakənd terroru isə açılmasını, həm də qisasını gözləyir...
Rəsmi verisyaya görə hadisə zamanı həlak olanların tam siyahısı belədir:
- Tofiq Kazım oğlu İsmayılov - dövlət katibi
- İsmət İsmayıl oğlu Qayıbov - Baş prokuror
- Məhəmməd Nəbi oğlu Əsədov - dövlət müşaviri
- Zülfi Saleh oğlu Hacıyev - Baş nazirin müavini
- Vaqif Cəfər oğlu Cəfərov - millət vəkili
- Vəli Hüseyn oğlu Məmmədov - millət vəkili
- Osman Mirzə Hüseyn oğlu Mirzəyev - Prezident Aparatında şöbə müdiri
- Qurban Hüseyn oğlu Namazəliyev - nazir müavini
- İqor Aleksandroviç Plavski - DQMV-nin prokuroru
- Vladimir Vladimiroviç Kovalyov - DQMV Daxili İşlər İdarəsinin rəisi
- Sergey Semyonoviç İvanov - Dağlıq Qarabağ üzrə Milli Təhlükəsizlik Şöbəsinin rəisi
- Nikolay Vladimiroviç Jinkin - fövqəladə vəziyyət rayonunun komendantı
- Sanlal Dasumoviç Serikov - Qazaxıstan DİN-in müavini
- Mixail Dmitriyeviç Lukaşov - milis general-mayoru
- Oleq Nikolayeviç Koçerev - polkovnik-leytenant
- Rafiq Məmməd oğlu Məmmədov - dövlət katibinin köməkçisi
- Alı Mustafa oğlu Mustafayev - telejurnalist
- Arif İsmayıl oğlu Hüseynzadə - AzTV-də işıqçı
- Fəxrəddin İbrahim oğlu Şahbazov - video-operator
- Vyaçeslav Vladimiroviç Kotov - vertolyot heyətinin komandiri
- Gennadi Vladimiroviç Domov - vertolyot heyətinin üzvü
- Dmitri Borisoviç Yarovenko - vertolyot heyətinin üzvü

4486