Bakıda oğul anasını vəhşicəsinə döyüb - TƏFƏRRÜAT
19 noyabr 2012 19:43 (UTC +04:00)

Bakıda oğul anasını vəhşicəsinə döyüb - TƏFƏRRÜAT

Bakı şəhərinin Yasamal rayonunda yaşayan 52 yaşlı qadın polis idarəsinə müraciət edib. Lent.az-ın məlumatına görə, Əhməd Cavad küçəsində yaşayan B.Z hüquq-mühafizə orqanlarına öz doğma oğlundan şikayət edib və övladının həbs olunmasını tələb edib. Qadın bildirib ki, oğlu Tərlan narkotik vasitə aludəsidir. Buna görə də, oğlu dəfələrlə evdəki qiymətli əşyaları satıb. Bu azmış kimi, o, anasına özünü öldürəcəyini deyərək, pul alıb. Pul ala bilmədikdə isə gənc oğlan anasını döyürmüş. Nəhayət, noyabrın 18-də ana ilə oğlu arasındakı qeyri-normal münasibət pik səviyyəyə çatıb. Tərlan anasını vəhşicəsinə döyüb. Bu azmış kimi, o bıçağı götürərək anasına hücum çəkib. Qadın bildirib ki, həmin vaxt qonşular onu ölümün əlindən alıb.

Hazırda müraciət əsasında Yasamal RPİ-də araşdırma aparılır.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5104

Oxşar yazılar