Bakı metrosunda dəhşət anları
Bu gün səhər saatlarında Bakı Metropolitenində həyəcanlı anlar yaşanıb. Lent.az-ın hadisə yerində olan müxbirinin verdiyi məlumata görə, metronun Həzi Aslanov stansiyasında 11-12 yaşlı oğlan platformadan relslərin üstünə yıxılıb. Dərhal yaxınlıqdakı insanları yeniyetmə oğlanı yaxınlaşmaqda olan qatarın altında qalmaqdan xilas ediblər.
Bakı Metropoliteninin Mühafizəsi üzrə Polis Şöbəsindən Lent.az-a bildirilib ki, hadisə zamanı yeniyetmə oğlan xoşbəxtlikdən ciddi xəsarət almayıb. O, yüngül xəsarətlərlə stansiyadakı tibb məntəqəsinə aparılıb və oğlana yardım göstərilib. Həmçinin o da bildirilib ki, relsin üstünə yıxılmış oğlan yuxulu olub və dərsə gedirmiş.
Nizam RZA

6645