Bakıda satıcıya küt alətlə xəsarət yetirərək mağazanı qarət ediblər
Noyabrın 16-da saat 00.15-də Nəsimi rayonu ərazisində, mağazaların birinə gəlmiş 2 naməlum şəxs orada işləyən Bakı şəhər sakini Tofiq Qasımova küt alətlə baş nahiyəsindən xəsarət yetirib, oradan 280 manat pul və sərinləşdirici içkilər götürərək gediblər. Lent.az-ın Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nəsimi Rayon Polis İdarəsinin 22-ci Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədənlərdən biri, Bakı şəhər sakini Sahib Rüstəmov tutulub.
Sahib Rüstəmovun üzərinə baxış zamanı 0,632 qram heroin aşkar edilərək götürülüb.
Sahib Rüstəmovun üzərinə baxış zamanı 0,632 qram heroin aşkar edilərək götürülüb.
1071