Dəməşqdə qanlı döyüşlər gedir
Suriyada qanlı döyüşlər davam edir.
Lent.az-ın “Al-Vatan” qəzetinə istinadən verdiyi məlumata görə, hazırda Bəşər Əsədə sadiq ordu bölmələri ilə silahlı müxaliflər arasında ən gərgin döyüşlər paytaxt Dəməşqin cənubundakı Tadamun məhəlləsində gedir.
Suriya hakimiyyətinə yaxın KİV-lər onlarla silahlının öldürüldüyü, böyük həcmdə silah və sursatın ələ keçirildiyi barədə xəbər yayıb. Xarastda isə xüsusi təyinatlılar müxalif Suriya Azadlıq Ordusunun tərkibinə daxil olan Liva əl-İslam briqadasının komandirini, Xuceyrdə isə “Colanın Azadlığı” qruplaşmasının iki rəhbərini öldürüblər. Hələbdə də küçə döyüşləri davam edir. Hələbdə xristianlar yaşayan məhəllədə kamikadze avtomobilə yerləşdirilmiş partlayıcı qurğunu işə salıb, 1 nəfər ölüb, 4 nəfər yaralanıb. Partlayış hərbi hospital yaxınlığındakı binada dağıntıya yol açıb. Humsda isə 70 silahlı müxalif mühasirəyə alınaraq öldürülüb.

1094