Ailə faciəsi: gənc ana və 3 yaşlı körpəsi öldü
15 noyabr 2012 10:10 (UTC +04:00)

Ailə faciəsi: gənc ana və 3 yaşlı körpəsi öldü

Noyabrın 14-də Şəmkir rayonunda 2 nəfər dəm qazından boğulub. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Ə.Cəmil küçəsi 1 ünvanında yaşayan 1988-ci il təvəllüdlü Xanım Məmmədova və onun 3 yaşlı qızı Firuzənin evin hamam otağında meyiti tapılıb. İlkin müayinədən sonra ana və azyaşlı qızının dəm qazından boğulması müəyyən edilib.

Fakt üzrə araşdırmalara başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3763

Oxşar yazılar