Bakıda peşəkar oğru həbs edildi
Daxili İşlər Nazirliyi Bakıda çoxsaylı oğurluq əməli törətmiş şəxs barəsində məlumat yayıb. Lent.az-ın nazirliyin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, oğurluq etdiyinə görə noyabrın 7-də Baş Mühafizə İdarəsinin əməkdaşları tərəfindən tutulmuş Anar Həsənovun ətrafında aparılmış əməliyyat tədbirləri nəticəsində onun cari il ərzində Yeganə Həsənovaya məxsus şirkətdən, Ramil İbrahimova məxsus şirkətdən, Faiq Cəfərova məxsus klinikadan, Bahar Hüseynovaya məxsus lombarddan, Şahin Orucova məxsus aptekdən və Samir Hüseynova məxsus avtomaşından oğurluq etməsi Binəqədi RPİ əməkdaşları tərəfindən müəyyən edilib.
Bundan başqa məlum olub ki, A.Həsənovun cari ilin avqust-noyabr ayları ərzində, Bakı şəhər sakinləri Rauf İsayevə məxsus "Mercedes" markalı avtomaşından 122 manat pul, fləş kart və 2 ədəd lampa, Samir Abbasovun evinin müşahidə kamerasını, Heydər Cəfərova məxsus ofisdən 3 ədəd kompyuter və 2 ədəd printer, Ağamehdi Fərəcullazadəyə məxsus mağazadan avtomobil üçün ehtiyat hissələri, Teymur Sultanova məxsus klinikadan 2350 manat pul və 1 ədəd kompüter, Ziya Şirinova məxsus mağazadan geyim əşyaları, Cavid Bağırova məxsus "VAZ-2107" markalı avtomaşından maqnitofon və akkumulyator, Göyçay rayon sakini Elşən Məmmədova məxsus "Mercedes" markalı avtomaşından akkumulyator, maqnitofon və bankomat kartı oğurlayıb.
Saxlanılan şəxs ətrafında araşdırmalar davam etdirilir.

1472