
Bakıda əxlaqsız qadın şirkət yetkilisini içirib, başına oyun açdı – TƏFƏRRÜAT
Bakıda xeyli miqdarda pulu oğurlanmış xarici ölkə vətəndaşı polisə müraciət edib. Lent.az-ın məlumatına görə, İsveç Respublikasının vətəndaşı 1955-ci il təvəllüdlü Parrol Mars Sven şikayət ərizəsi ilə Səbail rayon Polis İdarəsinə üz tutub. O bildirib ki, noyabrın 11-nə keçən gecə Bakıda əylənmək məqsədi ilə “Ring Pub” barına daxil olub. Burada 57 yaşlı isveçli təsadüfən bir qadınla tanış olub. Bir qədər söhbətləşib içdikdən sonra, M.Parrol həmin qadını kirayə yaşadığı mənzilə dəvət edib. Saat 03 radələrində onlar Üzeyir Hacıbəyov küçəsindəki mənzilə gəliblər. Burada da bir qədər əylənib, içdikdən sonra həmin qadın evi tərk edib. Bundan sonra isə isveçli kişi 2100 manat pulunun və viza kredit kartının yox olduğunu görüb.
Qeyd edək ki, zərərçəkmiş M.Parrol Bakıda fəaliyyət göstərən “Fittet” özəl şirkətinin baş direktorunun müavinidir. Hazırda ona qarşı soyğunçuluq edən qadının müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. Zərərçəkmiş həmin qadının xarakterik əlamətlərini polisə bildirib.
Nizam RZA
Qeyd edək ki, zərərçəkmiş M.Parrol Bakıda fəaliyyət göstərən “Fittet” özəl şirkətinin baş direktorunun müavinidir. Hazırda ona qarşı soyğunçuluq edən qadının müəyyən edilərək saxlanılması istiqamətində iş aparılır. Zərərçəkmiş həmin qadının xarakterik əlamətlərini polisə bildirib.
Nizam RZA
Oxşar yazılar

Daşkəsəndə 21 yaşlı gənci bıçaqlayan şəxs saxlanıldı - YENİLƏNİB 2
6 iyul 2025 , 08:07
Kürdəmir sakinini qatar vurub öldürdü
5 iyul 2025 , 23:54
Zaqatalada minik maşınları TOQQUŞDU: Ər-arvad öldü - YENİLƏNİB
5 iyul 2025 , 23:19
Cadugərlikdə təqsirləndirilən 6 nəfər öldürüldü: İkisi diri-diri yandırıldı
5 iyul 2025 , 19:40
Beyləqanda 3 gün əvvəl kanalda batan yeniyetmənin meyiti tapıldı
5 iyul 2025 , 17:52
Bütün qadınlar üçün DƏRS: Ata üç aylıq oğlunu bir vedrə yuyucu tozda boğdu
5 iyul 2025 , 17:17