“Sınıq Körpü”-də gömrük nəzarətindən gizlədilmiş 240 qram qızıl aşkarlandı
Lent.az-ın Dövlət Gömrük Komitəsinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Tovuz Gömrük İdarəsinin “Sınıq Körpü” gömrük postunda Türkiyə Respublikasından Azərbaycan Respublikasına sərnişin dəhlizi ilə gələn Azərbaycan vətəndaşı Nazilə Veysəlovanın üzərində şəxsi yoxlama zamanı ümumi çəkisi 240 qram olan zinət əşyaları - 47 ədəd üzük, 30 cüt sırğa və 3 ədəd qolbağ gömrük nəzarətindən gizlədilmiş şəkildə aşkar edilib.
764