Elşad Abdullayevə görə tutulanların sayı 3-ə çatdı
07 noyabr 2012 16:44 (UTC +04:00)

Elşad Abdullayevə görə tutulanların sayı 3-ə çatdı

Baş Prokurorluq: Bu şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi Mahir Abdullayevin itkin düşməsi ilə bağlı deyil

Baş Prokurorluq Elşad Abdullayevin işi ilə bağlı tutulanların olması faktını təsdiqləyib.
Qurumun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, məlumat verildiyi kimi Mahir Abdullayevin itkin düşməsi və digər faktlarla bağlı Baş Prokurorluqda istintaq olunan cinayət işi üzrə Baş prokuror yanında yaradılmış istintaq-əməliyyat qrupu tərəfindən müxtəlif fərziyyələr ətrafında zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Həmin iş üzrə törətdikləri cinayət əməllərinə görə Hüseynov Vaqif Əbdülhüseyn oğlu, Ağayev Nəriman Salman oğlu və Kazımov Arzu Firudin oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barələrində məhkəmənin qərarları ilə həbs-qətimkan tədbiri seçilib.

Qeyd edilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilmələri Mahir Abdullayevin bilavasitə itkin düşməsi ilə deyil, onların Elşad Abdullayevə qarşı törətdikləri dələduzluq cinayətləri ilə bağlıdır.

İstintaqın gedişi barədə ictimaiyyətə əlavə açıqlama veriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5985

Oxşar yazılar