Bakıda insanlığa sığmayan ailə zorakılığı
Noyabrın 4-də Bakı şəhərinin Qaradağ rayonunda dava olub. 11-ci Polis Bölməsindən Lent.az-a verilən məlumata görə, Səngəçal qəsəbəsi ərazisində Qobustan qəsəbə sakini Şair Vəliyev əmisi Xoşbəxt Vəliyevi vəhşicəsinə döyüb. Bundan sonra hadisə yerinə gələn X.Vəliyevin oğlu Malik əmisi oğlu Şairlə dalaşıb. O, özü ilə gətirdiyi bıçaqla Ş.Vəliyevin boğazını kəsib. Ş.Vəliyev ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
M.Vəliyev isə hadisə yerindən qaçıb. Hazırda polis baş vermiş olayın səbəbini müəyyənləşdirmək və günahkarı üzə çıxarmaq istiqamətində iş aparır.
Nizam RZA
M.Vəliyev isə hadisə yerindən qaçıb. Hazırda polis baş vermiş olayın səbəbini müəyyənləşdirmək və günahkarı üzə çıxarmaq istiqamətində iş aparır.
Nizam RZA
5280