Quşbazın obyektindən çoxlu qumbara tapıldı
05 noyabr 2012 12:25 (UTC +04:00)

Quşbazın obyektindən çoxlu qumbara tapıldı

Salyan rayonunda qanunsuz silah-sursat saxlayan şəxs yaxalanıb. Rayon Polis Şöbəsindən Lent.az-a verilən məlumata görə, Salyan şəhər sakini, 1979-cu il təvəllüdlü Əliyev İlqar Lazım oğlunun evinin həyətdəki göyərçin damında bir neçə qumbara aşkarlanıb. Məlumata görə, göyərçin damında içərisində 3 ədəd “UZRQM-2” tipli əl qumbarası, həmin qumbaralar üçün alışdırıcılar və barabanlı tapança olan torba tapılıb.

Faktla əlaqədar araşdırmalar aparılır.

Nizam RZA
# 2037

Oxşar yazılar