Ərini öldürən qadın polisə təslim oldu
05 noyabr 2012 11:43 (UTC +04:00)

Ərini öldürən qadın polisə təslim oldu

Rayon prokurorluğundan Lent.az-a bildirilib ki, rayonunun Sovetabad kənd sakini, 1984-cü il təvəllüdlü Quliyeva Naibə Sabir qızı həyat yoldaşı, 1982-ci il təvəllüdlü Axundov Maksim Bayram oğlunu qətlə yetirdikdən sonra hadisə yerindən qaçıb.

Məlumata görə, 28 yaşlı qadın Düzyurd kəndində yaşayan nənəsi Telli Quliyevanın evində qısqanclıq zəminində əri Maksim Axundovu bıçaqlayıb. O, 30 yaşlı həyat yoldaşının ürək nahiyəsinə bir zərbə endirib. Daha sonra gərgin psixoloji vəziyyətdə olan qadın ərazidən uzaqlaşıb. Lakin N.Quliyeva sonradan polis şöbəsinə gələrək təslim olub.

Qeyd edək ki, dağılmış ailənin 1 azyaşlı uşağı qalıb. Faktla əlaqədar cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2861

Oxşar yazılar