«Regionların» səsi azalıb
03 noyabr 2012 06:47 (UTC +04:00)

«Regionların» səsi azalıb

Ukrayna Mərkəzi Seçki Komissiyası parlament seçkiləri bülletenlərinin 99,72 faizinin nəticələrini açıqlayıb.

Lent.az-ın «BBC»-yə istinadən məlumatına görə, prezident V.Yanukoviçin «Regionlar Partiyası» 30,01 faiz, Yuliya Timoşenkonun «Batkivişna»sı 25,52 faiz, boksçu V.Kliçkonun «UDAR»ı 13,95 faiz, Ukrayna Kommunist Partiyası 13,18 faiz, «Azadlıq» isə 10,44 faiz səs toplayıb.

Müşahidəçilərin fikrincə, səslər sayılmağa başlayandan bəri hakim «Regionlar Partiyası»nın səsi azalıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 621

Oxşar yazılar