Bakının ortasında qadını maşına salıb zorlamaq istədilər – TƏFƏRRÜAT
Oktyabrın 30-na keçən gecə Bakı şəhər Yasamal rayon Polis İdarəsinə təcavüzə məruz qaldığını iddia edən qadın müraciət edib. Polis idarəsindən Lent.az-a verilən məlumata görə, Qaryağdıoğlu küçəsində yaşayan 1971-ci il təvəllüdlü Ə.Ş. bildirib ki, tanımadığı şəxs ona hücum edib və zorlamaq istəyib.
41 yaşlı qadına yaşadığı evin yaxınlığında xarici markalı avtomobil yaxınlaşıb. Avtomobilin sürücüsü qadından maşına oturmasını tələb edib: “O, qapını açaraq maşına minməyimi tələb etdi. Dedi ki, polis zabitidir, ona burda heç kim heç nə edə bilməz”.
Qadının bildirdiyinə görə, həmin şəxs onunla cinsi münasibətdə olmaq istədiyini bildirib. Ə.Ş. isə razılaşmayıb. Bunu görən sürücü maşını qadının yanına sürüb və onu maşına salaraq, zorlamağa cəhd göstərib. Lakin 41 yaşlı qadın onun əlindən çıxaraq qaça bilib. Şikayətçi bildirib ki, qışqırıb və təcavüzçü ətrafdakı insanları görəndən sonra fikrindən müəyyən qədər daşınıb.
Hazırda qadının şikayət ərizəsi üzrə polis araşdırmalar aparır.
Nizam RZA

Oxşar yazılar

Laçında yanğın olan ərazidə partlayış - VİDEO-YENİLƏNİB
17 iyul 2025 , 00:02
Zaqatalada məzuniyyətə gələn hərbçinin meyiti tapıldı
17 iyul 2025 , 00:00
İlqar İsmayılov azadlığa buraxıldı
16 iyul 2025 , 21:29
Yekaterinburqdakı Azərbaycan diasporu liderinin oğlu 2 aylıq həbs olundu - YENİLƏNİB
16 iyul 2025 , 19:43
Xırdalanda evdən kişi meyiti tapıldı
16 iyul 2025 , 19:33
Oğrular deputatın 300 min avroluq saatını qolundan qoparıb qaçdılar - VİDEO
16 iyul 2025 , 19:07
Məhkəmədən həbsdəki vəkil Adəm Məmmədov və qardaşı barəsində QƏRAR
16 iyul 2025 , 18:49