Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə ifşa edilib
29 oktyabr 2012 11:52 (UTC +04:00)

Bakıda avtomobil oğurluğu ilə məşğul olan dəstə ifşa edilib

Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, oktyabrın 14-nə keçən gecə II Zabrat qəsəbəsi Azadlıq küçəsində yaşayan Əli Şərifova məxsus «VAZ-2107» markalı, oktyabrın 21-də isə Maştağa qəsəbəsi Daş karxanasında yaşayan Rahib Niyyətova məxsus «VAZ-2106» markalı avtomobil yaşadığı evin qarşısından qaçırılıb. DİN BCAİ, Sabunçu RPİ CAŞ və 15-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində cinayətdə şübhəli bilinən Sabunçu qəsəbəsi Şəhər şosesi yeni tikilidə yaşayan, əvvəllər məhkum olunmuş Ağarza Bağırov oktyabrın 26-da yaxalanıb. Onun qaçırdığı «VAZ-2106» markalı avtomobil həyətindən, «VAZ-2107» markalı avtomobil isə Sabunçu qəsəbəsində saz vəziyyətdə tapılıb. Müəyyən edilib ki, A.Bağırov oktyabrın 25-nə keçən gecə II Zabrat qəsəbəsində yaşayan Həsən Sultanova məxsus «VAZ-2107» markalı avtomobildən açarseçmə yolu ilə maqnitofon, bankomat kartı, sənədlər və Kürdəxanı qəsəbəsində yaşayan Həbib Allahverdiyevə məxsus «VAZ-2106» markalı avtomobildən şüşəni sındırma yolu ilə 330 manat, maqnitofon və 4 ədəd səsgücləndirici oğurlayıb.

Növbəti araşdırmalar zamanı A.Bağırovun Bakı şəhər sakini Elçin İsmayılovla birlikdə oktyabrın 3-nə keçən gecə E.Mehdiyev küçəsində yaşayan Əlişir Allahverdiyevə məxsus «VAZ-2106» markalı avtomobil qaçırması da müəyyən edilib. Qaçırılmış avtomobil oktyabrın 12-də II Zabrat qəsəbəsində 4 təkəri sökülmüş vəziyyətdə aşkar edilib. Sabunçu RPİ 12-ci PB əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində E.İsmayılov oktyabrın 28-də yaxalanıb.
# 1166

Oxşar yazılar