Güney Azərbaycanda yenə zəlzələ oldu - FOTO
Bu gün gecə saatlarında İranın Şərqi Azərbaycan vilayətində yenə zəlzələ baş verib.
APA-nın İranın Seysmoloji Mərkəzinin saytına istinadən məlumatına görə, təbii fəlakət yerli vaxtla saat 03:56-da qeydə alınıb.
Rixter şkalası üzrə 4,1 bal gücündə olan zəlzələnin episentri yenə də Vərzigan şəhəri olub. 10 km dərinlikdə baş verən zəlzələ nəticəsində dağıntı və ya tələfatın olub-olmaması ilə bağlı hələlik məlumat yoxdur.
Qeyd edək ki, avqustun 11-də episentri Əhər, Heris və Vərzigan şəhərləri olmaqla İranın Şərqi Azərbaycan vilayətində 6,2 bal gücündə zəlzələ baş verib. Bu şəhərlərə aid 60 kəndin 80%-nə ciddi ziyan dəyib, Herisin Bacabac və Çobandar kəndləri tamamilə yerlə yeksan olub. Nəticədə rəsmi rəqəmlərə görə, zəlzələ nəticəsində 155 min nəfər zərər çəkib. Onlardan 306 nəfər ölüb, 3037 nəfər yaralanıb.
Şərqi Azərbaycan vilayətində yaşayan soydaşlarımızdan APA-ya daxil olan məlumata görə, dağıntılar baş vermiş bir neçə kənddə tikinti işlərinə başlanılsa da hələlik evlərin inşası başa çatmayıb. Bir çox kəndlərdə isə ümumiyyətlə, tikinti işləri aparılmır. Dağlıq bölgə olduğu üçün zəlzələ baş vermiş əraziyə qar yağıb. Şaxtalı və yağıntılı hava şəraiti yaşayışı daha da ağırlaşdırıb. Yağıntılar nəticəsində çadırlar və içərisindəki əşyalar tamam islanır. Soyuqdan səhhətində problem yarananlar isə tibbi yardım ala bilmirlər. Verilən məlumata görə, Vərziganda 2 yaşlı uşaq soyuqdan ölüb. Bölgədə içməli suya və qidaya, yanacağa, eləcə də isti geyimə ehtiyac var.

Oxşar yazılar

Ucarda AĞIR QƏZA: YARALILAR var
1 iyun 2025 , 10:58
Ucarda elektrik yarımstansiyasında YANĞIN -FOTOLENT -YENİLƏNİB
1 iyun 2025 , 09:45Bakıda arvadını döyərək öldürən ər saxlanıldı -FOTO
1 iyun 2025 , 01:57
Göygöldə avtomobil ağaca çırpıldı: yaralılar var
31 may 2025 , 22:34
Bakıda kişi yaşadığı evin həyətində ölü tapıldı
31 may 2025 , 19:35
Körpələri xaricə satan özəl klinika həkimləri İFŞA OLUNDU
31 may 2025 , 18:14
Goranboyda minaya düşən çobanın ayağı kəsildi - YENİLƏNİB
31 may 2025 , 15:02