Sərnişin avtobusu yandı: bir ölü, xeyli sayda yaralı var
Bu gün saat 22.45 radələrində Bakının Yasamal rayonu ərazisində ağır yol qəzası baş verib.
Yasamal rayon Polis İdarəsinin 29-cu polis bölməsindən APA-ya verilən məlumata görə, Xarici Dairəvi yolda, Biləcəri istiqamətində baş verib.
Belə ki, 194 saylı xətt üzrə hərəkət edən iritutumlu marşrut avtobusu yoldan çıxaraq, səkiyə çırpılıb. Avtobus daha sonra 4-5 minik avtomobilini əzib.
Nəticədə avtobusda və minik maşınlarının birində yanğın baş verib.
Polisdən bildirilib ki, ilkin məlumata görə, qəza nəticəsində bir nəfər ölüb, çoxlu sayda xəsarət alan var. Yaralılardan bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadası və təcili yardım maşınları cəlb edilib.

Oxşar yazılar

Ağdərədə çoban minaya düşdü - YENİLƏNİB
10 iyul 2025 , 09:39
Qəbələdə FACİƏ: 4 yaşlı qız kirayə villanın hovuzunda BOĞULDU
10 iyul 2025 , 09:22
Goranboyda minik avtomobili gölə düşdü
10 iyul 2025 , 08:18
Gəncə sakini narkotik vasitənin təsirindən komaya düşdü
10 iyul 2025 , 07:54
Gəncədə avtomobil aşdı, xəsarət alanlar var
10 iyul 2025 , 00:53
“Oğlumu öldürdülər, nişanına hazırlaşırdıq” – Qətlə yetirilən Ümid Soltanovun atası
9 iyul 2025 , 21:43
Rusiyadan Azərbaycan şirkətlərinə QADAĞA
9 iyul 2025 , 19:33