«Traktor»un oyunundan sonra tutulanlar olub
23 oktyabr 2012 04:53 (UTC +04:00)

«Traktor»un oyunundan sonra tutulanlar olub

Təbrizdə «Səhənd» adına stadionunda yerli “Traktor” futbol klubu ilə Tehranın “İstiqlal” komandası arasında keçirilən oyunla bağlı tərəfkeşlərdən tutulanlar var.

Lent.az-ın məlumatlara əsasən, ictimai-mədəni fəal “Traktor” tərəfdarı Huşəng Nəqizadə həbs olunub.Mənbə bildirib ki, o, stadiona daxil olarkən polis qüvvələri tərəfindən həbs edilib.

Məlumatlara əsasən, daha bir neçə nəfərin də tutulduğu ehtimal edilir.
Başqa bir xəbərə görə, “Traktor”-un tərəfdarı Rza Cəlilzadə oyuna stadiondan tamaşa etsə, ancaq evə qayıtmayıb. Onun da tutduğu ehtimal edilir.
Təbrizin təhlükəsizlik və məhkəmə məsulları onun saxlanıldığından xəbərsiz olduqlarını bildiriblər.
Qey edək ki, Təbrizin «Traktor» futbol klubu ilə Tehranın «İstiqlal»ı arasında oyun həmişə gərgin keçir.Çünki hər iki komandanın ölkədə yetərincə tərəfdarı var.
Ötən həftənnin sonunda Təbrizin «Səhənd» stadionunda keçirilən oyun birincilərin qələbəsi ilə başa çatıb.

Qolları 39-cu dəqiqədə “Traktor”dan Flavyo Lupez və “90+1”-də Milad Fəxrəddini vurub.

Bununla da 12 oyundan sonra “Traktor” 20 xalla turnir cədvəlinin 4-cü pilləsinə yüksəlib.

Yerli müşahidəçilərin sözlərinə əsasən, oyunu 60 min tamaşaçı izləyib.
# 968

Oxşar yazılar