Bakıda 36 yaşlı kişi faciəvi şəkildə öldü
22 oktyabr 2012 10:23 (UTC +04:00)

Bakıda 36 yaşlı kişi faciəvi şəkildə öldü

Oktyabrın 21-də Bakı şəhərinin Xətai rayonu ərazisində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Dövlət Yol Polisi İdarəsindən Lent.az-a verilən məlumata görə, Gəncə prospektində “VAZ 21 011” markalı avtomobil yolu keçməyə çalışan 35-40 yaşlı kişini vurub. Piyada aldığı ağır bədən xəsarətlərindən hadisə yerində keçinib.

Araşdırmalar nəticəsində məlum olub ki, yol qəzası zamanı ölən piyada Gəncə şəhər sakini, 1976-cı il təvəllüdlü Qocayev Gəray Qoca oğludur.

Fakt üzrə cinayət işi başlanılıb, araşdırma aparılır.


Nizam RZA
# 1603

Oxşar yazılar