Qadın zəvvarımız Məkkədə vəfat edib
20 oktyabr 2012 13:26 (UTC +04:00)

Qadın zəvvarımız Məkkədə vəfat edib

Oktyabrın 20-də müqəddəs Həcc ziyarətinə yollanmış zəvvarlarımızdan biri, Bakı sakini, 1947-ci il təvəllüdlü Hidayətova Raziyə dünyasını dəyişib. Qafqaz Müsəlmanları İdarəsindən Lent.az-a verilən xəbərə görə, xanım zəvvarın əhvalı sübh namazından sonra pisləşib, ona ilkin tibbi yardım göstərilib. Həkimlərin davamlı səylərinə baxmayaraq, zəvvar xanım bir qədər sonra ürək çatışmazlığından keçinib.
İxtisasca həkim olan Raziyə Hidayətova Bakıdakı poliklinikalardan birində baş həkimin müavini vəzifəsində çalışıb.
Ümrə ziyarətini tamamlamış xanım zəvvar Məkkədə dəfn olunacaq. Onun ruhuna Quran oxunacaq, ehsan veriləcək.

Allah rəhmət eləsin!

Jalə
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4099

Oxşar yazılar