Qəhrəmanlar unudulmur – Milli Qəhrəmanlar Elton İsgəndərov və Ruslan Polovinko
21 oktyabr 2012 10:00 (UTC +04:00)

Qəhrəmanlar unudulmur – Milli Qəhrəmanlar Elton İsgəndərov və Ruslan Polovinko

Qarabağ Azadlıq Təşkilatı və Milli Qəhrəmanları Tanıtma İctimai Birliyi Azərbaycanın ərazi bütövlüyü uğrunda vuruşmuş Milli Qəhrəmanların cəmiyyətə bir daha təqdim olunması üçün təşəbbüs irəli sürüb.

Lent.az da bu təşəbbüsə qoşulur və Milli Qəhrəmanların doğum günlərində onlar haqqında məlumatları dərc edir.

Qəhrəmanlar unudulmur!



21 oktyabr Milli Qəhrəmanlar Elton İsgəndərov və Ruslan Polovinkonun doğum günüdür.

Elton Xaləddin oğlu İsgəndərov
1990-cı il oktyabrın 21-də Samux rayonu Əhmədbəyli kəndində anadan olub. O, 2008-ci ildən Milli Ordunun Sərhəd Xidmətində qulluq edib, özünü nümunəvi əsgər kimi göstərib, 2009-cu il iyunun 18-də Cəlilabad rayonu istiqamətində sərhəd pozucuları ilə döyüşə girib, döyüşün ağır yerində sərhəd pozucularından biri sərhədçilərimizin cəm dayandığı mövqeyə qumbara atıb, cəsur əsgər dərhal özünü qumbaranın üzərinə atıb, həlak olub, amma öz ölümü ilə əsgər və zabitlərimizin həyatını xilas edib. 2009-cu il iyunun 29-da Milli Qəhrəman adı alıb. Samux rayonu Əhmədbəyli kəndində dəfn edilib.



Ruslan Aleksandroviç Polovinko 1969-cu il oktyabrın 21-də Ukraynanın Xarkov vilayəti Zmiyev şəhərində anadan olub. O, 1991-ci ildə hərbi təyyarəçi kimi Naxçıvanda xidmətə başlayıb, 1992-ci ildən isə müstəqil Azərbaycanın Əlahiddə Vertolyot Eskadrilyasında xidmət edib, Qarabağda ermənilər tərəfində vuruşan xarici muzdluların ələ keçirilməsində xüsusi fərqlənib, Qubadlı, Laçın, Ağdərə uğrunda gedən döyüşlərdə sücaət göstərib, 1992-ci il avqustun 6-da Kasapet yüksəkliyi uğrunda gedən döyüşdə qəhrəmanlıqla həlak olub. 1992-ci il sentyabrın 14-də Milli Qəhrəman adı alıb.
Doğulduğu Zmiyev şəhərində dəfn edilib.
# 2410

Oxşar yazılar