Bakıda 69 yaşlı qadını evində boğub öldürüblər
18 oktyabr 2012 10:08 (UTC +04:00)

Bakıda 69 yaşlı qadını evində boğub öldürüblər

Bu barədə APA-ya Suraxanı rayon Prokurorluğundan bildirilib.

Hadisə rayonun Bülbülə qəsəbəsində qeydə alınıb. Qəsəbə sakini, 1943-cü il təvəllüdlü Kərimova Vera İvanovnanın boğularaq qətlə yetirilmiş meyiti yaşadığı evdə tapılıb. Hazırda hadisəni törədən şəxs və ya şəxslərin müəyyən edilərək tutulması istiqamətində tədbirlər davam etdirilir.

Faktla bağlı Suraxanı rayon Prokurorluğu tərəfindən Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb, istintaq gedir.
# 1625

Oxşar yazılar