Atəşkəs yenidən pozulub
18 oktyabr 2012 10:05 (UTC +04:00)

Atəşkəs yenidən pozulub

Erməni silahlı bölmələri bir neçə istiqamətdən mövqelərimizi atəşə tutub. MÜdafiə Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, düşmən ordusu dünən və bu gecə Ermənistanın Krasnoselski rayonunun ərazisindəki adsız yüksəkliklərdə, Ağdam rayonunun işğal olunmuş Sarıcalı, Şıxlar, Qaraqaşlı, Goranboy rayonunun Tapqaraqoyunlu, Füzuli rayonunun Aşağı Seyidəhmədli kəndləri yaxınlığında və Xocavənd rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən atəşkəs rejimini pozub.

Düşmən cavab atəşi ilə susdurulub.
# 453

Oxşar yazılar