Mehriban Əliyeva UNESCO səfirlərinin toplantısında iştirak edib
Oktyabrın 16-da Azərbaycanın birinci xanımı Mehriban Əliyeva UNESCO-nun xoşməramlı səfirlərinin illik toplantısında iştirak etmək üçün qurumun Parisdəki mənzil-qərargahına gəlib.
Lent.az-ın AzərTAc-a istinadən verdiyi UNESCO-nun xoşməramlı səfirlərinin illik toplantısı təşkilatın təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə fəaliyyətinin əlaqələndirilməsi, yeni istiqamətlərin müəyyən olunması baxımından xüsusi əhəmiyyət daşıyır.
Builki toplantı 2012-ci ildə dünyada təhsilin vəziyyətini öyrənmək üçün həyata keçirilən qlobal monitorinqin hesabatına həsr olunub.
Toplantıda çıxış edən UNESCO-nun baş direktoru İrina Bokova rəhbərlik etdiyi təşkilatın prioritetləri və strategiyası barədə danışıb. Bildirib ki, UNESCO-nun yeni gündəliyinə “mədəni dünya və davamlı inkişaf” strategiyasının həyata keçirilməsi də daxildir. Bu sırada təhsil, elm, mədəniyyət sahəsində əlaqələrin gücləndirilməsi, sıx əməkdaşlıq mühitinin yaradılması böyük əhəmiyyətə malikdir. “Dünyada milyonlarla insanın təhsil hüququndan məhrum olduğunu nəzərə alsaq o zaman bu sahənin inkişafının müasir günümüzdə nə qədər böyük əhəmiyyətə malik olduğunu görərik”, - deyən İrina Bokova bu sırada qızların təhsilinin daha çox diqqət mərkəzində saxlanmasının vacibliyini vurğulayıb.
Xoşməramlı səfirlər öz nüfuz və təsir dairələrindən istifadə edərək, bütün dünyada UNESCO-nun idealları naminə təşkilatın fəaliyyətini dəstəkləyirlər. Onlar UNESCO-nun konkret proqramlarında iştirak edərək təşkilatın həyata keçirdiyi layihələrə mühüm töhfələr verirlər. UNESCO-nun xoşməramlı səfirləri dünyada savadsızlığın azaldılması və digər əhəmiyyətli kampaniyalarda fəallıq göstərirlər. Bu ümumdünya məqsədlərinin reallaşmasında Azərbaycan da yaxından iştirak edir. Təsadüfi deyil ki, UNESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun əsas fəaliyyət istiqamətlərindən biri də təhsilin inkişafıdır.
Sonda xatirə şəkli çəkdirilib.

Oxşar yazılar

Aeroport yolunda QƏZA oldu
13 iyul 2025 , 12:42
Sumqayıtda güllələnmə hadisəsi: bir nəfər öldü
13 iyul 2025 , 11:50
Qazaxda əkin sahəsində FACİƏ: traktorda kişi meyiti tapıldı
13 iyul 2025 , 11:34
Ölkədən qaçmaq üçün qayınanası ilə evləndi
13 iyul 2025 , 11:28
Zaqatalada FACİƏ: uşaq Tala çayında BOĞULDU - YENİLƏNİB
13 iyul 2025 , 08:08Bu gün 34 mindən çox abituriyent imtahan verəcək
13 iyul 2025 , 06:05
Sumqayıtda dəniz sahilində TƏHLÜKƏLİ ANLAR: arvadına maşın verdi, polis hər ikisini saxladı-VİDEO
13 iyul 2025 , 00:28