Bakıda “Niva” piyadanı vurub öldürdü
11 oktyabr 2012 12:01 (UTC +04:00)

Bakıda “Niva” piyadanı vurub öldürdü

Oktyabrın 10-u saat 15:10 radələrində Bakı şəhərinin Qaradağ rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Bakı şəhər Baş Polis İdarəsindən Lent.az-a verilən məlumata görə, Lökbatan qəsəbəsi 28 may küçəsində qəsəbə sakinləri Səydulla Əliyev idarə etdiyi “Niva 21214” markalı avtomobillə piyada Ağakərim Qaraqadayevi vurub. Nəticədə piyada ağır xəsarətlər alıb və Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

A.Qaradayev xəstəxanada ölüb.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 880

Oxşar yazılar