Dünya bu gün
11 oktyabr 2012 08:00 (UTC +04:00)

Dünya bu gün

1828. Varna döyüşündə ruslar Osmanlı qoşununu məğlub edərək şəhəri ələ keçirib

1887. Tomas Edison səsləri avtomatik sayan maşına patent alıb

1931. Keçmiş SSRİ-də fərdi ticarət tam ləğv edilib

1961. Semipalatinsk poliqonunda (Qazaxıstan) dünyada ilk dəfə yeraltı nüvə sınağı keçirilib

1963. BMT Cənubi Afrikadakı repressiyaları pisləyib

1974. Yuqoslaviyada etnik təmizləmənin yeni mərhələsi başlayıb

1983. Yazıçı Süleyman Rəhimov vəfat edib

1992. Eduard Şevardnadze Gürcüstan parlamentinin rəhbəri seçilib

1997. Azərbaycan Avropa Mədəniyyət Konvensiyasına qoşulub

1998. Heydər Əliyev ikinci dəfə Azərbaycan prezidenti seçilib

1999. Heydər Əliyev və Robert Koçaryan Azərbaycan-Ermənistan sərhədinin Sədərək rayonu hissəsində görüşüb

2004. Azərbaycan və Rumıniya hökumətləri arasında bir sıra sazişlər imzalanıb

2007. GÜAM-ın Vilnüs toplantısı keçirilib (təşkilatın yaradılmasının 10 illiyi münasibətilə)

2007. Tiflisdə Cənubi Qafqaz jurnalistlərinin 4-cü toplantısı keçirilib

2007. ABŞ Konqresinin Xarici Əlaqələr Komitəsi qondarma “erməni soyqırımı” ilə bağlı qanun layihəsi qəbul edib

2011. GUAM Parlament Assambleyası və Baltik Assambleyasının Bakıda keçirilən birgə konfransının yekun qətnaməsi qəbul edilib.

Günün aforizmi

"Yazıçılıq - istedad, zəhmət, bir də cəsarətdir. Bu cür olmasa, yazıçı olmaz”.

Süleyman Rəhimov
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 703

Oxşar yazılar