Ombudsman QAK-ın Azərbaycan təmsilçisini qəbul edib
Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, görüşdə Ombudsmanla BMT QAK arasında qaçqın və məcburi köçkünlərin hüquqlarının müdafiəsi üzrə əməkdaşlığın davam etdirilməsi və daha da genişləndirilməsi, gələcək fəaliyyət perspektivləri haqqında fikir mübadiləsi aparılıb.
Müvəkkil Ermənistanın Azərbaycana qarşı iyirmi ildən artıq müddətdə davam edən təcavüzü nəticəsində məcburi köçkünlərin pozulmuş hüquqlarının müdafiəsinin ölkədə prioritet problem olduğunu, doğma ocaqlarından didərgin salınmış soydaşlarımızın bütün qayğılarının dövlətin gündəlik qayğısına çevrildiyini söyləmiş, bu gün respublika əhalisinin hər 8-9 nəfərdən birinin qaçqın və ya məcburi köçkün olduğunu vurğulayıb.
D.Siqurdson son illər Azərbaycanda qaçqın və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması, bu qəbildən olan əhalinin hüquqi müdafiəsinin möhkəmləndirilməsi, problemlərinin həlli istiqamətində mühüm işlər görüldüyünü və bunun dünyanın oxşar problemi ilə qarşılaşan əksər ölkələr üçün nümunə olduğunu söyləyib. O, Müvəkkilin bu sahədə fəaliyyətini yüksək qiymətləndirərək, Ombudsman təsisatı ilə əməkdaşlıqda maraqlı olduğunu qeyd edib, qarşılıqlı əlaqələrin əhəmiyyətini vurğulayıb.

Oxşar yazılar

20-ci mərtəbədən yıxılan iki yaşlı uşaq sağ qaldı
4 iyul 2025 , 06:17
Motosiklet iki piyadanı vurdu - Vəziyyətləri ağırdır
3 iyul 2025 , 22:01
"Qanuni oğru" Vaqif Süleymanov saxlanıldı - VİDEO
3 iyul 2025 , 21:18
Ermənistan ordusunun əsir düşən azərbaycanlılara verdiyi işgəncələrlə bağlı məhkəmədə ifadələr dinlənildi
3 iyul 2025 , 21:11Bilgəh çimərliyində DƏHŞƏTLİ ANLAR: 23 yaşlı oğlanın boynu sınıb öldü
3 iyul 2025 , 19:59
Gəncədə hovuza yıxılan kişi öldü
3 iyul 2025 , 19:33
Dubaydan Bakıya külli miqdarda brilyant qaşlar gətirmək istədi
3 iyul 2025 , 17:10