Bakıda toyda qadının və qohumunun qanını tökdülər - TƏFƏRRÜAT
09 oktyabr 2012 11:08 (UTC +04:00)

Bakıda toyda qadının və qohumunun qanını tökdülər - TƏFƏRRÜAT

Hüquq-mühafizə orqanlarından Lent.az-a daxil olan məlumata görə, şadlıq saraylarının birində keçirilən toy mərasimi zamanı dava düşüb.
1977-ci il təvəllüdlü Məmmədov İlqar Zülfüqar oğlu 1956-cı ildə anadan olmuş Nəziri Nehsət İbrahim qızını və onun yaxın qohumu Həbibzadə Fərhad Firuz oğlunu bıçaqlayıb. Yaralılar xəstəxanaya yerləşdirilib. Qasıq nahiyəsindən ağır xəsarət almış F.Həbibzadənin vəziyyəti daha ağırdır.

Hadisə barədə məlumat daxil olan kimi polis İ.Məmmədovun axtarışlarına başlayıb. O, tutularaq Nizami rayon Polis İdarəsinə gətirilib.

Lent.az-ın əldə etdiyi digər məlumata görə, hadisə toy mərasimində İ.Məmmədovun bəy və gəlinlə şəkil çəkdirmək istəməsindən sonra baş verib. Yaxalanaraq polisə gətirilən 35 yaşlı İ.Məmmədov bildirib ki, dostu ilə birlikdə toyun səbəbkarları ilə şəkil çəkdirmək istəyib və onlara yaxınlaşıb. Bu zaman gəlinin qohumları onların qarşısını kəsib və şəkil çəkdirməyə icazə verməyib. Nəticədə dostlar onlarla davalaşıblar və İ.Məmmədov özü ilə gətirdiyi bıçaqla F.Həbibzadəni və 56 yaşlı qadını vurub.

Hazırda fakt üzrə araşdırmalar davam etdirilir.


Nizam RZA
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3473

Oxşar yazılar

Polis məmurunun meyiti tapıldı

Polis məmurunun meyiti tapıldı

2 oktyabr 2024 , 18:02
Astarada FACİƏ:  5 aylıq uşaq yuxuda boğulub öldü

Astarada FACİƏ: 5 aylıq uşaq yuxuda boğulub öldü

2 oktyabr 2024 , 17:42
Maştağada ƏMƏLİYYAT:  saxlanılanlar var - VİDEO

Maştağada ƏMƏLİYYAT: saxlanılanlar var - VİDEO

2 oktyabr 2024 , 17:25
Bakı həbsxanasında ÖLÜM

Bakı həbsxanasında ÖLÜM

2 oktyabr 2024 , 16:05
Bərdədə ildırım düşüb  evi dağıtdı

Bərdədə ildırım düşüb evi dağıtdı

2 oktyabr 2024 , 15:05
Qız təcavüzkardan qaçmaq üçün özünü binadan atdı

Qız təcavüzkardan qaçmaq üçün özünü binadan atdı

2 oktyabr 2024 , 13:55
Akademiyanın müəllimi futbol oynayanda  öldü

Akademiyanın müəllimi futbol oynayanda öldü

2 oktyabr 2024 , 12:47
Bakıda qadınlara qarşı  dələduzluq edən kişilər tutuldu

Bakıda qadınlara qarşı dələduzluq edən kişilər tutuldu

2 oktyabr 2024 , 11:45