“Hicab” aksiyasında rəis müavini yaralandı -YENİLƏNİB
05 oktyabr 2012 16:10 (UTC +04:00)

“Hicab” aksiyasında rəis müavini yaralandı -YENİLƏNİB

Təhsil Nazirliyinin qarşısında dindarların keçirdiyi aksiyadan çəkilmiş videokadrlar internetdə yayımlanıb. Lent.az həmin görüntülərdən birini təqdim edir.

****
05 Oktyabr 2012 13:14

Bakıda keçirilən qanunsuz aksiyada Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini xəsarət alıb.

APA-nın məlumatına görə, dindarların keçirdiyi aksiyada Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Səhlab Bağırova xəsarət yetirilib.

S. Bağırov APA-ya açıqlamasında xəsarətinin ağır olmadığını bildirib. O, qeyd edib ki, artıq aksiya dağıdılıb.

Bakıda dindarların keçirdiyi aksiyada 3 polis əməkdaşı isə ağır xəsarət alıb. Klinik Tibbi Mərkəzdən APA-ya verilən məlumata görə, xəstəxanaya ağır xəsarətlə daxil olan 3 polis əməkdaşından 2-si Daxili İşlər Nazirliyinin hospitalına aparılıb. Bir nəfər isə hazırda Klinik Tibbi Mərkəzdə müalicə alır.

Qeyd edək ki, bu gün bir qrup dindar Təhsil Nazirliyinin binası qarşısında etiraz aksiyası keçirib. APA-nın məlumatına görə, aksiya iştirakçıları hicaba qoyulmuş qadağanın götürülməsi tələbi ilə plakatlar qaldırıb, şüarlar səsləndiriblər.

Hadisə yerinə cəlb olunmuş polislər aksiyanın qarşısını almaq istəyərkən qarşıdurma yaranıb. Toqquşma nəticəsində həm polis, həm də aksiya iştirakçıları arasında xəsarət alanlar olub. Hadisə yerinə təcili tibbi yardım maşınları gəlib, yaralılar xəstəxanaya aparılıb.

Aksiyanın qarşı alınıb, aksiya iştirakçıların bir neçəsi saxlanıb.

Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsindən isə APA-ya bildirilib ki, bir qrup şəxs Təhsil Nazirliyinin binası qarşısında qanunsuz aksiya keçirməyə cəhd göstərib, lakin bu cəhdin qarşısı alınıb. “İctimai qaydanı kobud şəkildə pozduğu üçün bir neçə nəfər saxlanıb”, - deyə bölmədən bildirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 11293

Oxşar yazılar

Bakıda QƏZA:  Xəsarət alan var

Bakıda QƏZA: Xəsarət alan var

19 iyul 2025 , 01:37
"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar  təqdim edildi

"APA Jurnalist Məktəbi"nin məzunlarına sertifikatlar təqdim edildi

18 iyul 2025 , 22:37
Balakəndə maşın yaşlı qadını  vurub öldürdü

Balakəndə maşın yaşlı qadını vurub öldürdü

18 iyul 2025 , 21:50
Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

Qazaxda Ukrayna vətəndaşı çayda boğulub öldü

18 iyul 2025 , 21:48
Xaçmazda kişi dənizdə batdı

Xaçmazda kişi dənizdə batdı

18 iyul 2025 , 19:33
Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

Ali Məhkəmədən Meydan TV ilə bağlı YENİ QƏRAR

18 iyul 2025 , 19:26
Bakıda quldurluq və oğurluq edən  5 nəfər tutuldu

Bakıda quldurluq və oğurluq edən 5 nəfər tutuldu

18 iyul 2025 , 19:23
Şirvanda sirkə turşusundan  zəhərlənən kişi öldü

Şirvanda sirkə turşusundan zəhərlənən kişi öldü

18 iyul 2025 , 19:15