"Nərminin ölümü ilə bağlı yayılan səs yazısı istintaqa təqdim edildi"  - RƏSMİ - SƏS YAZISI
05 fevral 2020 13:42 (UTC +04:00)

"Nərminin ölümü ilə bağlı yayılan səs yazısı istintaqa təqdim edildi" - RƏSMİ - SƏS YAZISI

Tovuzda qətlə yetirilən Nərmin Quliyevanın ölümü ilə bağlı sosial şəbəkələrdə yayılan səs yazısı istintaq tərəfindən araşdırılır.

Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov APA-ya açıqlamasında bildirib ki, sosial şəbəkələrdə yayılmış həmin auidio yazı istintaq-əməliyyat qrupuna təqdim edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə 10 yaşlı Nərmin Quliyevanın qətli ilə bağlı səs yazısı yayılıb. Həmin səs yazısında N.Quliyevanın ölümündə İlkin Süleymanovun deyil, Altay Məmmədovun təqsirkar olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 94397
avatar

Oxşar yazılar