Aprelin 20-də saat 21 radələrində Xətai rayonu ərazisindəki avtoyuma məntəqələrinin birində yuyucu işləyən Astara rayon sakini M.Bağırov Bakı şəhər sakini T.Şamilova məxsus “Kia” markalı avtomobili qaçırıb.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, o, qaçırdığı maşını paytaxt sakini E.Abdullayevin idarə etdiyi “VAZ-21015” markalı avtomobilə vurub. E.Abdullayev xəstəxanaya yerləşdirilib.
Xətai rayon Polis İdarəsi 36-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində M.Bağırov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.