Bakının Qaradağ rayonunda ölümlə nəticələnən yol qəzası olub.
Daxili İşlər Nazirliyi mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, hadisə aprelin 20-də saat 16 radələrində Qaradağ rayonunun Qızıldaş qəsəbəsi ərazisində baş verib. Bakı şəhər sakini S.Rüstəmov idarə etdiyi “Mitsubishi” markalı yük avtomobili ilə dönmə əməliyyatı aparan zaman yük yerində olan dəmir künclük yolun kənarında dayanmış paytaxt sakini İlkin Xankişiyevin baş nahiyəsinə dəyib və o, hadisə yerində ölüb.
Faktla bağlı Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.