Bakının Yasamal rayonu İdman-Sağlamlıq Kompleksi (keçmiş “Məhsul” stadionu) sökülür.
Yasamal Rayon İcra Hakimiyyətindən apasport.az saytına verilən məlumata görə, uzun illərdir, əsaslı təmir aparılmaması və baxımsız qalması səbəbindən yararsız vəziyyətə düşən idman qurğusunun yerində yenisi inşa olunacaq.
Arena gələcəkdə idman yarışlarını qəbul edə biləcək.
Bakı Şəhər İcra Hakimiyyətindən isə apasport.az saytına bildirilib ki, paytaxtda sökülən istənilən idman qurğusunun yerində yalnız analoji arena inşa oluna bilər.
Qeyd edək ki, stadion bir müddət əvvəl təmirə dayanmışdı.