"Jiquli"lərin toqquşması ölümlə nəticələndi
22 may 2020 12:34 (UTC +04:00)

"Jiquli"lərin toqquşması ölümlə nəticələndi

Beyləqanda ölümlə nəticələnən yol qəzası olub.

Daxili İşlər Nazirliyindən Lent.az-a verilən məlumata görə, mayın 21-də saat 12 radələrində rayonun Mil qəsəbəsi ərazisində Füzuli rayon sakinləri Fəxrəddin Əsədovun idarə etdiyi “VAZ-2106” və E.Əlizadənin idarə etdiyi “VAZ-21154” markalı avtomobillər toqquşub. Nəticədə F.Əsədov, sərnişini olan qızı və E.Əlizadənin sərnişini xəstəxanaya yerləşdirilib, F.Əsədov orada ölüb.

Faktla bağlı Beyləqan rayon Polis Şöbəsində araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1429
avatar

Mehman Nəbiyev

Oxşar yazılar