Aprelin 26-da saat 3 radələrində Qaradağ rayonu, Lökbatan qəsəbəsi ərazisində qəsəbə sakini Ə.Fərəcov idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən 30-35 yaşlı kişini vurub.
Lent.az-a Daxili İşlər Nazirliyindən verilən məlumata görə, nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüv.
Qaradağ rayon Polis İdarəsində araşdırma aparılır.